valyuta-herraci-kecirildi-neticesi

Valyuta hərracı keçirildi - NƏTİCƏSİ

17 noyabr 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

İnsider.az xəbər verir ki, hərracda tələb 62,3 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

12 noyabr 2020-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 63,4 milyon ABŞ dolları təşkil etmişdi.