valyuta-herraci-kecirildi-neticesi

Valyuta hərracı keçirildi - NƏTİCƏSİ

Azərbaycanda valyuta hərracında dollara tələb sabit qaldı.

27 avqust 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

Mərkəzi Bankın yaydığı məlumata görə, hərracda tələb 64,8 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki,  25 avqust 2020-ci il tarixində keçirilmiş hərracda tələb 64,8 milyon ABŞ dolları təşkil etmişdi.