valyuta-herraci-kecirildi-satis-daha-da-artib

Valyuta hərracı keçirildi - SATIŞ DAHA DA ARTIB

25 Avqust 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 66,1 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

23 Avqust 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 48,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi. 

18 Avqustda isə hərracda tələb 30,3 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.

2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 64 valyuta hərracında banklara 3 milyard 329,6 milyon dollar satılıb.

Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.