valyuta-herraci-kecirildi-satis-daha-da-azaldi

Valyuta hərracı keçirildi - SATIŞ DAHA DA AZALDI

10 Fevral 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 36,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Xatırladaq ki, 08 Fevral 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 36,6 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.

Həmçinin, 06 Yanvar 2022-ci il tarixində keçirilmiş valyuta hərracında satış 114,1 milyon ABŞ dolları, 11 Yanavr 2022-ci il tarixində 113,1 milyon ABŞ dolları, 13 Yanvar 2022-ci il tarixində 96,9 milyon ABŞ dolları, 18 Yanvar 2022-ci il tarixində 116,4 milyon ABŞ dolları, 21 yanvar 2022-ci il tarixində 99,7 milyon ABŞ dolları, 25 yanvar 2022-ci il tarixində 102,5 milyon ABŞ dolları, 27 yanvar 2022-ci il tarixində 84,2 milyon ABŞ dolları, 01 fevral 2022-ci il tarixində 50,8 milyon ABŞ dolları,  03 Fevral 2022-ci il tarixində 64 milyon ABŞ dollar təşkil etmişdi.

2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 11 valyuta hərracında banklara 914,4 milyon dollar satılıb.

Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.

Marja