08 aprel 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Marja xəbər verir ki, hərracda tələb 55,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Xatırladaq ki, 06 aprel 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 74,3 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 24 valyuta hərracında 1 milyard 679 milyon dollar satılıb.
Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.