17 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan İnsider.az-a verilən məlumata görə, hərracda tələb 250,3 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Xatırladaq ki, 10 mart 2020-ci il tarixində Mərkəzi Bankda keçirilmiş hərracda tələb 323,2 milyon ABŞ dolları, 11 Martda keçirilmiş hərracda tələb 155 milyon ABŞ dolları, 12 Marta keçirilmiş hərracda 220,8 milyon ABŞ dolları, 13 martda keçirilmiş hərracda isə tələb 265,2 milyon ABŞ dolları təşkil etmişdi.
Beləliklə, son 5 valyuta hərracında banklar 1 milyard 214 milyon 500 min dollar alıblar.