valyuta-herraci-kecirilib-netice

Valyuta hərracı keçirilib - NƏTİCƏ

08 Sentyabr 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 43,8 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

06 Sentyabr 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 69,4 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi. 

2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 68 valyuta hərracında banklara 3 milyard 580.2 milyon dollar satılıb.

Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.