valyuta-herraci-kecirilib-netice

Valyuta hərracı keçirilib - NƏTİCƏ

19 Aprel 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 61,7 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Xatırladaq ki, 14 Aprel 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 81,3 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi. 

2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 28 valyuta hərracında banklara 1 milyard 985,6 milyon dollar satılıb.