valyuta-herraci-kecirilib-neticesi

Valyuta hərracı keçirilib - NƏTİCƏSİ

10 Yanvar 2023-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 51,2 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib (satış da 51,2 milyon dollar olub).

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

05 Yanvar 2023-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 52,7  milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi. 

2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 2 valyuta hərracında banklara 103,9 milyon dollar satılıb.

Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.