valyuta-herraci-kecirilib-neticesi

Valyuta hərracı keçirilib - NƏTİCƏSİ

Bankların dollara tələbi azalıb.

11 iyun 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir. Marja Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 40,7 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki, tələb, 09 iyun 2020-ci il tarixində keçirilmiş hərracda 52,7 milyon ABŞ dolları, 04 iyun 2020-ci il tarixində keçirilmiş hərracda tələb 44,7 milyon ABŞ dolları, 02 iyun 2020-ci il tarixində keçirilmiş hərracda isə 51,9 milyon ABŞ dolları təşkil etmişdi.