18 Avqust 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Hərracda tələb 30,3 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
16 Avqust 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 41,4 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 62 valyuta hərracında banklara 3 milyard 214,6 milyon dollar satılıb.
Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.