valyuta-herraci-kecirilib-neticesi

Valyuta hərracı keçirilib - NƏTİCƏSİ

06 Aprel 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Marja Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, hərracda tələb 29,6 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

04 Aprel 2023-cü il tarixində Mərkəzi Bankda keçirilmiş valyuta hərracında tələb 60,3 milyon ABŞ dolları təşkil etmişdi.

2023-cü ilin əvvəlindən bu yana keçirilmiş 25 valyuta hərracında banklara cəmi 1 milyard 37,5 milyon dollar satılıb. 

Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.