14 mart 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
İnsider.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 60,3 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
09 mart 2023-cü il tarixində Mərkəzi Bankda keçirilmiş valyuta hərracında tələb 17,6 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
2023-cü ilin əvvəlindən bu yana keçirilmiş 20 valyuta hərracında banklara cəmi 738 milyon dollar satılıb.
Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.