valyuta-herracinda-dollar-satisi-116-milyondan-yuksek-oldu-herracin-neticesi

Valyuta hərracında dollar satışı 116 milyondan yüksək oldu - HƏRRACIN NƏTİCƏSİ

18 Yanvar 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 116,4 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Xatırladaq ki, 13 Yanvar 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 96,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.

06 Yanvar 2022-ci il tarixində keçirilmiş valyuta hərracında satış 114,1 milyon ABŞ dolları, 11 Yanavr 2022-ci il tarixində  113,1 milyon ABŞ dolları, 13 Yanvar 2022-ci il tarixində isə 96,9 milyon ABŞ dolları təşkil etmişdi.

2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 4 valyuta hərracında banklara 440,5 milyon dollar satılıb.

Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.

Marja