14 aprel 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
İnsider.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 56,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Bir əvvəlki hərracda tələb 55 milyon dollar təşkil etmişdi.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Xatırladaq ki, 09 aprel 2020-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 55 milyon dollar, 07 aprel 2020-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 67,2 milyon dollar, 02 aprel 2020-ci il tarixində keçirilmiş hərracda 74,6 milyon dollar, 31 mart 2020-ci il tarixində 95,6 milyon dollar, 29 mart 2020-ci il tarixində keçirilmiş növbədənkənar valyuta hərracında isə 106,5 milyon dollar təşkil etmiş və tələb tam təmin edilmişdi.