valyuta-herracinda-dollara-teleb-daha-da-artib

Valyuta hərracında dollara tələb daha da artıb

29 İyun 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 77,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki, 22 İyun 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 61,9 milyon ABŞ dolları, 24 iyun 2021-ci il tarixində keçirilmiş kərracda isə  65,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.

2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 45 valyuta hərracında banklara 2 milyard 768,32 milyon dollar satılıb.

Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.