13 Yanvar 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Hərracda tələb 96,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Xatırladaq ki, 11 Yanvar 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 113,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
06 Yanvar 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 114,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 3 valyuta hərracında banklara 324,1 milyon dollar satılıb.
Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.