23 Dekabr 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Hərracda tələb 130,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Xatırladaq ki, 21 Dekabr 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 102,4 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
Həmçinin tələb 16 noyabr 2021-ci il tarixində keçirilmiş növbəti valyuta hərracında 90,1 milyon ABŞ dolları, 18 noyabr 2021-ci il tarixində keçirilmiş hərracda 97,6 milyon ABŞ dolları, 23 noyabrda keçirilmiş hərracda 96,5 milyon ABŞ dolları, 30 noyabrda keçirilmiş hərracda 142,9 milyon ABŞ dolları, 02 Dekabrda keçirilmiş hərracda 100,7 ABŞ dolları, 07 Dekabrda keçirilmiş hərracda 99,9 ABŞ dolları, 09 Dekabrda keçirilmiş hərracda 111,3 ABŞ dolları, 14 dekabrda keçirilmiş hərracda 80 milyon ABŞ dolları, 16 dekabrda keçirilmiş hərracda isə 102,8 milyon ABŞ dolları təşkil etmişdir.
2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 95 valyuta hərracında banklara 6 milyard 429,32 milyon dollar satılıb.
Marja