valyuta-herraclarinda-dollarin-satisi-artib

Valyuta hərraclarında dolların satışı artıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin iyun ayı ərzində 373,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Xatırladaq ki, Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin may ayı ərzində 334 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, may ayı ilə müqayisədə iyun ayında valyuta satışı 39,2 milyon dollar artıb.

Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən yanvar ayı ərzində 300,2 milyon ABŞ dolları, fevral ayı ərzində 543,4 milyon ABŞ dolları, mart ayı ərzində 1 milyard 928,3 milyon ABŞ dolları, aprel ayı ərzində isə 531,1 milyon ABŞ dolları valyuta satılmışdı.