Azərbaycanda “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilməli olan xidmət haqqının nağdsız formada ödənilməsi barədə” Qaydalar təsdiq edilib.
İnsider.az xəbər verir ki, Vəkillər Kollegiyasından verilən məlumata görə, bununla bağlı qərar qurumun Rəyasət Heyətinin iclasında qəbul edilib.
Nağdsız hesablaşmaların cari il oktyabrın 1-dən etibarən tətbiq edilməsi qərara alınıb.
İclasda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərə də baxılıb.
©"Report"