venesuela-40-milyon-dollarliq-qizil-satdi

Venesuela 40 milyon dollarlıq qızıl satdı

Venesuela höküməti iyulun 12-də təxminən 40 milyon dollar mənfəət əldə edərək xaricə bir tona yaxın qızıl satıb. İnsider.az bunu “Bloomberg”-ə istinadla xəbər verir.

Bununla yanaşı ölkənin dollar rezervləri, demək olar, 30 ilə minimuma – 8,1 milyard dollara çatıb. Agetliyin məlumatına görə, ABŞ-ın Nikolas Maduro hökumətinə qarşı yönləndirilmiş sanksiyalarına baxmayaraq, o, BƏƏ və Türkiyə kimi ölkələrin şirkətlərinə öz qızılını satmağa nail olur. Ümumilikdə apreldən bəri Venesuela artıq təxminən 24 ton qızıl satıb.

Xatırladaq ki, ötən ilin sonunda ABŞ Venesuela, Kuba və Nikaraquaya qarşı sanksiyalar tətbiq etdi. Bu ölkələri “tiraniya üçlüyü” adlandıraraq ABŞ onların antidemokratik rejimlərilə mübarizə aparacağına söz verdi. Məhdudiyyət tədbirləri Venesuelanın onun qızıl ehtiyyatı ilə bağlı əməliyyatlarını bloklamaq üçün nəzərdə tutulmuşdu.

Samirə Məmmədova