Bu ilin iyun ayında Venesualeda qiymətlər 24,8% artıb.
İnsider.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının (bir palatalı parlament) maliyyə komitəsinin üzvü Anxel Alvarado məlumat verib.
Onun sözlərinə görə, ilin əvvəlinə nisbətən Venesuelada qiymət artımı 1 155%, illik müqayisədə isə 445 482% təşkil edir.
Venesuale son illər ciddi sosial-iqtisadi böhran keçirir. Bu ölkənin milli valyutası – bolivarın kəskin devalvasiyaya məruz qalması ilə nəticələnib. Beynəlxalq Valyuta Fondu bu ilin yekununda Venesuelada inflyasiyanın 10 000 000%-ə çata biləcəyini proqnozlaşdırır.
©Report