venesueladaki-son-buzlaq-qlobal-istilesme-sebebinden-eriyir

Venesueladakı son buzlaq qlobal istiləşmə səbəbindən əriyir

Cənubi Amerika ölkəsi olan Venesuelanın ikinci ən yüksək zirvəsi Humboldtda son buz kütləsi qlobal istiləşmə səbəbindən sürətlə əriyir.

İnsider.az xəbər verir ki, bu barədə “El Nacional” yazır.

Venesuela tədqiqatçıları ölkənin şimal-qərbindəki Sierra Nevada de Merida dağında yerləşən Humboldt zirvəsindəki son buzlaqın ərimək üzrə olduğunu bildiriblər.

Tədqiqatçıların 2019-cu ilin mayından 2020-ci ilin oktyabrınadək iqlim dəyişikliyi ilə bağlı qeydlərinə görə, Humboldt zirvəsində son buz kütləsinin tamamilə əriməsi üçün az vaxt qalıb.

Alimlərin fikrincə, buzlağın başlanğıc ölçüsü 300 futbol sahəsinin genişliyindədir.

20-ci əsr boyunca iqlim dəyişkənliyi buzlaqların qlobal səviyyədə sürətlə azalmasına səbəb olub, Tropik And dağları bu dəyişikliklərdən ən çox təsirlənən yerlər arasındadır.