Venesuelanın neft naziri Manuel Quevedo, ölkənin enerji obyektlərinə təşkil edilən hücumlar səbəbindən neft məhsullarının gündəlik 1 milyon bareldən aşağı düşdüyünü bildirib.
İnsider.az xəbər verir ki, Quevedo, Rusiyanın paytaxtı Moskvada Rusiya Enerji Həftəsi çərçivəsində təşkil olunan "Qeyri-sabit Bir Dünyada Enerji Asılılığını Qorumaq" adlı sessiyada çıxış edib.
Venesueladakı enerji obyektlərinə müxtəlif hücumlar təşkil edildiyini xatırladan Quevedo, "Bu hücumlar neft hasilatımıza zərər verməyə yönəlmişdi", -ifadəsini istifadə edib.
Quevedo, istehsalı yenidən əvvəlki səviyyəsinə qaldırmaq üçün işlərə davam etdiklərini qeyd edərək, "Yeni planımız hasilatı yenidən 1 milyon barrel səviyyəsinə çatdırmaqdır",- deyib.
Venesuela, təxminən 303 milyard 200 milyon barel sübut olunmuş neft ehtiyatı dünyanın ən çox neft ehtiyatına malik ölkəsidir.
© Marja