vergi-deyisiklikleri-heyat-sigortasini-keskin-azaldib

Vergi dəyişiklikləri həyat sığortasını KƏSKİN AZALDIB

Həyat sığortası ilə bağlı vergi qanunvericiliyinə 2019-cu ilin əvvəlindən edilən dəyişiklik bu sığorta bazarına mənfi təsirini davam etdirir.

Insider.az xəbər verir ki, 2019-cu ilin yanvar-iyul aylarında Həyat sığortası üzrə könüllü sığorta yığımları  133 milyon 858 min manat, icbari yığımlar isə 27 milyon 772 min manat olub.

Xatırladaq ki, vergi qanunvericiliyinə edilən dəyişikliklərə görə, əmək haqqının həyatın yaşım sığortasına yönəldilən hissəsinə limit qoyulub. Bundan başqa, 2019-cu ildən etibarən aylıq əmək haqqı 8 mirn manatdan az olan qeyri-neft və qeyri-dövlət təşkilatlarının əməkdaşları gəlir vergisindən azad edilib. Bu da həyatın yaşam sığortasına mənfi təsir edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə könüllü həyat sığortası yığımları 51,3 milyon manat və ya 27,7% azalıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə icbari həyat sığortası yığımları isə 3 milyon 995 min manat və ya 16,8% artıb.

Ümumilikdə bu ilin ilk 7 ayında həyat sığortası bazarının ümumi həcmi milyon 161 630 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 47,3 milyon manat və ya 22,6% azdır.