Prezident İlham Əliyev Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
İnsider.az xəbər verir ki, sərəncamla “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu” aşağıdakı kimi təsdiqlənib:
1. Vergilər Nazirliyinin Aparatı (baş idarələr, idarələr, şöbələr və bölmələr).
2. Vergilər Nazirliyinin strukturuna daxil olan qurumlar:
2.1. Milli Gəlirlər Baş İdarəsi;
2.2. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi;
2.3. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi;
2.4. Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi;
2.5. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi;
2.6. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə;
2.7. Çağrı Mərkəzi (baş idarə səlahiyyətli);
2.8. yerli bölmələr (baş idarələr, idarələr və şöbələr).