vergilerde-yenilik-iki-sened-birlesdirilecek

Vergilərdə yenilik - İKİ SƏNƏD BİRLƏŞDİRİLƏCƏK

Vergilər Nazirliyi yaxın gələcəkdə elektron qaimə-fakturalarla vergi hesab-fakturalarının vahid sənəd halında birləşdirməyi nəzərdə tutur.

İnsider.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov deyib.

Baş direktorun sözlərinə görə, bu yenilik reallaşdıqdan sonra elektron qaimə-fakturaların üzərində "Elektron vergi hesab-fakturası" yazılmayacaq.

O bildirib ki, belə bir təşəbbüs sahibkarlarla keçirilən görüşlərin nəticəsində ortaya çıxıb:

"Növbəti illərdə elektron qaimə-faktura və elektron vergi hesab-fakturalarının birləşdirilməsi ilə yanaşı, elektron qaimə-fakturaların fəaliyyət növləri üzrə fəqləndirilməsi də nəzərdə tutulur".

©Trend