verizon-yahoo-finance-i-satmaq-isteyib

“Verizon” “Yahoo Finance”-ı satmaq istəyib

“Verizon Communications” telekommunikasiya şirkəti bu il bir müddət əvvəl “Yahoo Finance” maliyyə informasiya platforması üçün alıcı axtarıb.

İnsider.az bunu “Reuters”-ə istinadla xəbər verir.

Buna baxmayaraq, “Verizon” rəsmi olaraq servisin satış prosesini işə salmamışdı, hazırda isə o, alıcı axtarışını artıq dayadırıb.

Bununla yanaşı, “Verizon”-un “Yahoo Finance”-ı nə qədər məbləğə satmaq istədiyi və hansı şirkətlərin servisin alışına maraq göstərdiyi də məlum deyil. Üstəlik, “Verizon” “Yahoo Finance”-ın öz artım strategiyasının ayrılmaz hissəsi olduğunu deyərək, danışıqlar barədə şaiyələri şərh etməkdən imtina edib.

Qeyd edək ki, “Verizon” “Yahoo!”-nun əsas internet-aktivlərini 2017-ci ildə alıb. Servisin ziyarətçi sayı ayda 100 milyondan çoxdur.

Samirə Məmmədova