vesaitlerin-celb-edilmesi-uzre-depozit-herracinin-neticeleri-aciqlanib

Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

İnsider.az-ın xəbərinə görə, AMB-dən bildirilib ki, aprelin 22-də bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 360,6 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,45 faiz təşkil edib.