veten-muharibesi-qehremani-da-guzestli-menzil-elde-ede-bilecek-resmi

Vətən Müharibəsi Qəhrəmanı da güzəştli mənzil əldə edə biləcək - RƏSMİ

Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyaları genişləndirilib.

Mənzil İnşaatı Dövlət Agentliyindən verilən məlumata əsasən, güzəştli ipoteka krediti almaq və müvafiq Agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşlar sırasına yeni kateqoriya əlavə olunub.

Belə ki, gənc ailə (yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn) üzvü olan “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri-arvadı, övladları)” kateqoriyasına aid şəxslər də güzəştli mənzil əldə edə biləcəklər.

Yeni kateqoriyaya aid şəxslər 27 may 2021-ci il tarixindən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər.