vetendaslarin-nezerine-qesebede-icmeli-suyun-verilmesinde-mehdudiyyetler-olacaq

Vətəndaşların NƏZƏRİNƏ: Qəsəbədə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Zığ qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

“Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün axşam saatlarından başlayaraq 26 sentyabr tarixində gün ərzində Zığ qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə məlumatda bildirilir.