video-oyunlar-balaca-qizlara-dost-axtarisinda-engel-toredirler

Video-oyunlar balaca qızlara dost axtarışında əngəl törədirlər

Norvegiyalı alimlər qrupu video-oyunların uşaqlara olan təsirini test edib. İnsider.azBoston CBS”-ə istinadla xəbər verir ki, tədqiqatçılar 870 uşaqdan ibarət qrupu müşahidə ediblər. Onların yaşı altıdan on ikiyə kimi olub. Qrupun tərkibində həm qız, həm oğlanlar olub.

Alimlər aşkar edib ki, interaktiv əyləncələrin təsiri cinsdən asılıdır. Oğlanlarda sosial bacarıqlar yaxşılaşırdı, çünki bu yaşda video-oyunlar əsas əyləncə növü və söhbət üçün əsas mövzu hesab edilir.

Qızlar isə bu cür hobbiyə görə öz həmyaşıdları ilə normal ünsiyyətdə ola bilmirlər. Nəticədə, onların sosial bacarıqları zəif inkişaf edir. Norveç alimləri bu faktı bir neçə 10-yaşlı qızın davranışının müqayisəsi zamanı aşkar ediblər. Video-oyunlara vaxtını az sərf edənlər real həyatda ünsiyyətə daha rahat uyğunlaşa bilirdilər. İkinci qrupun isə sosial inkişafı ləngiyirdi. Bu cür qızlar daha gec özlərinə dost tapırlar.

Bununla belə, video-oyun fanatlarının sayı hər iki cins arasında artır. Tədqiqatçılar insanlarda monitor qarşısında çox vaxt keçirmək arzusuu yaradan səbəblərə diqqət yetirməyi tövsiyyə edir.

Samirə Məmmədova