Samux Rayon Polis Şöbəsinin rəis müavinləri işdən çıxarılıb.
İnsider.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, RPŞ-nin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Kazım Bayramov və əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Malik Məmmədov tutduqları vəzifədən azad ediliblər.
Onların yerinə hələlik təyinat yoxdur.
Oxu.Az