“Visa” beynəlxalq ödəniş sistemi Azərbaycanda “Visa Token Service”i tətbiq etdiklərini, buna ilk olaraq Azərbaycan Beynəlxalq Bankının qoşulduğunu açıqlayıb.
İnsider.az-ın məlumatına görə, "Report"-a “Visa”dan bildiriblər ki, bununla bağlı sentyabrın 10-da keçiiləcək mərasimdə iştirak etmək üçün “Visa İnternational”ın Qafqaz regionu üzrə yeni direktoru Kristina Dorosun və Ukrayna, MDB ölkələri, Cənub-Şərqi Avropa ölkələri üzrə “Visa”nın rəqəmli tətbiqlər üzrə direktoru Oleksandr Stelmaxın Bakıya səfəri gözlənilir.
Hazırda ABA ilə yanaşı ölkənin digər bankları tərəfindən də “Visa Token Service” texnologiyasının sertifikatlaşdırılması üçün də tədbirlər görülür, deyə "Visa" şirkətindən bildirilib.
Bundan əvvəl “Visa”nın MDB və Cənub-Şərqi Avropa ölkələri üzrə regional direktoru Vera Platonova “Report”a bildirmişdi ki, elektron ödənişlərə keçməyə başlayan Azərbaycan bankları alış-verişi online və ya mobil telefon vasitəsilə təhlükəsiz yolla həyata keçirmək imkanı verən “Visa Token Service” texnologiyasınnı tətbiqinə başlayırlar.