visa-magaza-kassalari-vasitesile-nagd-pullarin-cixarilmasini-test-edir

“Visa” mağaza kassaları vasitəsilə nağd pulların çıxarılmasını test edir

“Visa” beynəlxalq ödəmə sistemi Rusiyada mağaza kassasında nağd pulun çıxarılması üzrə pilot layihəni işə salıb.

İnsider.az “RİA Novosti”-yə istinadla xəbər verir ki, yeni xidmət “Russkiy parmezan” şəbəkəsi və “Rosselxozbank” ilə partnoruqda test edilir.

Şirkətdə əlavə ediblər ki, “gələcəkdə partnyorların texniki hazırlıq dərəcəsindən asılı olaraq, xidmətin “Visa” və digər bankarların kartları üzrə bütün ölkə miqyasında əlçatan edilməsi planlaşdırılır”.

“Visa”-nın mətbuat xidmətindən verilən məlumata görə, yeni xidmətdən istifadə etmək üçün malın ödənişini kartla və ya smartfonla etmək lazımdır. Əməliyyatın təsdiqi üçün barmaq izi yaxud kod-şifrə kifayətdir.

Samirə Məmmədova