vizanin-resmilesdirilmesi-ucun-notanin-verilmesine-gore-dovlet-rusumu-legv-olunur

Vizanın rəsmiləşdirilməsi üçün notanın verilməsinə görə dövlət rüsumu ləğv olunur

Xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün verilən notaya görə dövlət rüsumu ləğv edilir.

İnsider.az-ın məlumatına görə, bu, "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün verilən notaya görə 4 manat dövlət rüsumu ləğv edilir.

Layihə Milli Məclisin növbədənkənar sessiyasının iyulun 9-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

©APA