vladimir-putinin-cine-seferi-baslayib

Vladimir Putinin Çinə səfəri başlayıb

Rusiya Prezidenti Vladimir Putin Çinin paytaxtı Pekində səfərdədir.

Bunu jurnalistlərə açıqlamaısnda Prezidentin köməkçisi Yuri Uşakov deyib.

O bildirib ki, bu, Rusiya liderinin koronavirus pandemiyası başlayandan bəri Çinə ilk səfəridir.

Səfər çərçivəsində V.Putinlə Çin Sədri Si Cinpin arasında təkbətək görüş olacaq. Görüşdə ikitərəfli əlaqələrin, regional və qlobal məsələlərin müzakirə olunacağı gözlənilir.

Y.Uşakovun sözlərinə görə, axşam saatlarında Rusiya dövlət başçısı XXIV Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində qonaq qismində iştirak edəcək.

Report