volkswagen-beetle-ile-vidalasir

"Volkswagen" "Beetle" ilə vidalaşır

Almaniyanın avtomobil istehsalçısı yaydığı açıqlamada, "Mexiko Puebla"dakı zavodda "Beetle" istehsalını dayandırdığını və bu modelin yerini adının "Tarek" olacağı nəzərdə tutulan idman ərazi vasitəsinin alacağı qeyd olunub.

Eyni zamanda bu modelin Çində satılan "Tharu"nun gücləndirilmiş versiyası olduğu bildirilib.

"Volkswage"nin icraçı direktoru Stefen Reşe (Steffen Reiche) bildirib ki, Çində satılan "Tharu"nu bu bazara adaptasiya ediləcək və əlavə edib ki, bu, Çindəki modelə nisbətən daha gücləndirilmiş və daha böyük bir model olacaq.

"Volkswagen"in yeni yığcam SUV modelinin istehsalı 2020-ci ildə Pueblada başlayacaq və alıcılara 2021-ci ildə çatacaq.

Reşe "Beetle"ın son seriyasının "Amazon" vasitəsilə onlayn satılacağını bildirib.

"Beetle"a tələbat uzun illərdir aşağı benzin qiymətlərinə görə amerikalı istehlakçıların SUV və Pikaplara yönəlməsilə azalıb.

"Volkswage"nin Puebla-dakı kompleksində "Jetta Sedan" və "Tiguan SUV" modelləri də istehsal olunur.