“Volkswagen” şirkəti Şanxay avtosalonunda öz yeni “I.D. ROOMZZ” elektrik krossoverini nümayiş etdirib.
İnsider.az bu barədə “Auto Blog”-a istinadla məlumat verir.
“I.D. ROOMZZ” elektrik krossoveri ölçülərinə görə “Teramont”-dan geri qalmır. Krossover üç oturacaq çərgəsi ilə təchiz olunub. Xarici görünüşdən yenilik “I.D. CROZZ”-ə bənzəyir. Avtomobili kənarlara açılan ön və arxa qapılarla təchiz ediblər. Güman edilir ki, seriya versiyasında adi açılan qapılar olacaq.
“I.D. ROOMZZ”-un bir qüvvə ehtiyatı üzrə 450 kilometrə qədər gediş təmin edən 82 kVt/s-lıq tutumlu akkumulyatoru olacaq. Batareyaları 150 kVt-lıq qüvvəli doldurucudan yarım saat ərzində 80%-dək enerji ilə doldurulur.
Krossoveri maksimal gücü 306 at gücü, sürəti isə 180 km/s təşkil edən iki elektrik mühərriklə təchiz edəcəklər. Həmçinin “Volkswagen I.D. ROOMZZ” avtonomluğun dördüncü dərəcəsini, rəqəmsal cihaz panelini əldə etməlidir.
Satışa yenilik 2021-ci ildə çıxacağı deyilir. Qeyd edilir ki, şirkət üçün prioritetdə Çin bazarı olacaq.
Samirə Məmmədova