volkswagen-loqo-ve-firma-uslubunu-yenileyib

“Volkswagen” loqo və firma üslubunu yeniləyib

“Volkswagen” yeni loqo və firma üslubunu Frankfurtdakı Beynəlxalq avtosalonda rəsmi olaraq təqdim edib.

İnsider.az bu barədə “vc.ru”-ya istinadla xəbər verir.

Şirkət xəttləri daha aydın edərək və əsas elementləri saxlayaraq üçölçülü görüntüdən imtina edib.

Yeni loqo “Volkswagen” avtomobillərində, brendin diler mərkəzləri və təqdimatlarında istifadə olunacaq. Əvvəlcə şirkətin Avropadakı, sonra Çindəki, 2020-ci ildən isə ABŞ və digər ölkələrdəki mərkəzləri yenilənəcək. Tam şəkildə redizaynı isə “Volkswagen” 2020-ci ilin ortalarına yekunlaşdırmağı plaşlaşdırır.

Həmçinin “Volkswagen” öz avtomobillərinin reklamındakı səsi də dəyişəcək – kişi əvəzinə maşınları “mülayim, xoş və əmin səsli” qadın təqdim edəcək.

Qeyd edək ki, “Volkswagen” loqosunu 2000-ci ildən bəri dəyişməyib.

Samirə Məmmədova