volodimir-zelenski-xalqi-siginacaqlari-terk-etmemeye-cagirib

Volodimir Zelenski xalqı sığınacaqları tərk etməməyə çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının paytaxt Kiyev və digər vilayətlərə raket zərbəsi endirməsinə münasibət bildirib və xalqı sığınacaqları tərk etməməyə çağırıb.

Dövlət başçısı teleqramda yazıb ki, Rusiya 229-cu gündür Ukrayna xalqını məhv etməyə, yer üzündən silməyə çalışır.

“Ukraynanın hər yerində hava hücumu səngimir. Raket zərbələri davam edir. Təəssüf ki, ölənlər və yaralananlar var”, - V.Zelenski vurğulayıb.

O, xalqını sığınacaqları tərk etməməyə çağırıb: “Özünüzün və yaxınlarınızın qayğısına qalın. Gəlin, güclü olaq”.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb.

Report