volvo-yarim-milyon-avtomobilini-geri-cagirir

"Volvo" yarım milyon avtomobilini geri çağırır

İsveç mərkəzli avtomobil şirkəti "Volvo" bütün dünyada satılmış 500 min avtomobilini geri çağırır.

İnsider.az xəbər verir ki, geri çağırılma avtomobillərin mühərrikindəki texniki problemdən qaynaqlanır. Sözügedən avtomobillərə isə V40, V60, V70, S80, XC60 və XC90 modelləri aiddir.

"Volvo"nun mətbuat xidmətinin yaydığı məlumata görə, istehsalda edilən xətadan dolayı dizel mühərriklərindəki bir detal əriyə bilər. Bu ərimə isə ən pis halda mühərrikin yanmasına səbəb ola bilər.

©Finans