vtb-azerbaycan-12-dek-gelirlilikle-yeni-bonus-emanetinin-istifadeye-verib

VTB (Azərbaycan) 12%-dək gəlirliliklə yeni “Bonus” əmanətinin istifadəyə verib

VTB (Azərbaycan) yeni “Bonus” əmanətini təklif edir. Müştərilər əmanətdən yararlanaraq illik 11,5%-ə qədər gəlirliliklə vəsaitlərinin yerləşdirə, həmçinin 0,5% bonus əldə edə bilərlər.

“Bonus” əmanəti 12 ay müddətinə Azərbaycan manatında açıla bilər. Əmanətin minimum məbləği 100 manatdır.

Müştəri faiz gəlirlərini əldə etmək üçün iki əlverişli variantdan birini seçə bilər. Aylıq ödənişdə faiz dərəcəsi illik 11,25%, müddətin sonunda birdəfəlik ödəmədə isə - 11,5% olacaq. Bundan əlavə, bank əmanət müddətinin sonuna qədər əmanət saxlayan müştərilərə 0,5% bonus təqdim edəcək.

“Müştərilərə ən sərfəli və rahat məhsullar təqdim etmək VTB (Azərbaycan) üçün strateji prioritetdir. Qeyd edək ki, əmanətçilərimiz arasında 1 il müddətinə ortamüddətli əmanətlərə böyük tələbat var. Yeni “Bonus” əmanəti uzun qısa müddətə yüksək gəlir əldə etməyi planlaşdıran müştərilər üçün ən yaxşı seçim olacaq”, - deyə, VTB (Azərbaycan)-ın Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin qeyd edib.

Əmanət üzrə vəsaitin qismən artırılması və ya çıxarılması mümkün deyil. Müştəri vəsaitin yerləşdirilməsini bir dəfə uzada bilər.

VTB (Azərbaycan) müştərilərinə müxtəlif məqsədlər üçün geniş çeşiddə depozit məhsulları təklif edir - əmanətçilər uzunmüddətli “Sərfəli” və “Universal”, faiz ödənişləri müddətin əvvəlində ödənən “Avans”, həmçinin qısamüddətli “Sərbəst” depozitlərindən yararlana bilərlər.