VTB (Azərbaycan) Bakıda yeni filialını açıb. Şəmsi Bədəlbəyli küçəsi, 96 ünvanında yerləşən “28 May” filialı müştərilərə - əhaliyə və biznesə yüksək səviyyədə xidmət göstərmək üçün tam təchiz olunub.
Fərdi müştərilər burada depozit və kreditlər, ödənişlər, valyuta mübadiləsi və pul köçürmələri rahat həyata keçirəcəklər. Filialda 24 saat fəaliyyət göstərən bankomat və ödəniş terminalı da quraşdırılıb.
Korporativ müştərilər isə lazımi valyutada hesab aça, depozit qoya, mikro və biznes kredit ala və müraciət edə biləcəklər.
“Bank filiallarına tələbat, distant xidmətlərin fəal inkişafına baxmayaraq, yüksək səviyyədə qalmaqdadır. Müştərilərin rahatlığı üçün yeni filial rəqəmsal dizayna malikdir və müasir bank texnologiyaları ilə təchiz olunub. Yeni konsepdə filial şəhərin mərkəzində, Heydər Əliyev Sarayının, Mərkəzi Bankın, həmçinin “28 May” metrostansiyasının yaxınlığında yerləşir. Müştərilərə nağd pul çıxarmaq, kart və cari hesabların balansını artırmaq, kredit, kommunal və digər xidmətləri ödəmək üçün bankomat və ödəniş terminalı 24 saat fəaliyyət göstərən zonasında yerləşdirilib”, - deyə Bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri İqor Okayev şərh edib.
VTB (Azərbaycan) bazar ertəsindən cümə gününədək saat 09:00-dan 19:00-dək 5 filialında müştərilərinə xidmət göstərir. Bakının Yasamal rayonunda yerləşən “Elmlər” filialının əvəzinə “28 May” filialı açılıb. Həmçinin ötən ilin sonunda Xırdalan şəhərində Müştəri Xidmətləri Mərkəzi istifadəyə verilib ki, burada onlar bankın məhsul və xidmətləri ilə bağlı mütəxəssislərdən məsləhət ala, maliyyə sorğusu göndərə və onlayn xidmətlərə qoşula bilərlər. 2024-cü ildə VTB ölkəmizin ikinci böyük şəhərində - Gəncədə regional filialının istifadəyə verməsini planlaşdırır.