VTB (Azərbaycan) manatla depozitlərin faiz dərəcələrini artırdı. Orta hesabla artım 4,5 faiz bəndi, maksimal göstərici isə illik 11% təşkil edir. Avqustun 25-dən “Sərfəli”, “Hədəf” və “Avans”, avqustun 28-dən “Cari yığım hesabı” üçün şərtlər dəyişəcək.
“Sərfəli”, “Hədəf” və “Avans” depozitlər üzrə artım 4,5 faiz bəndi təşkil edib. Belə, «Sərfəli» depozit üzrə illik gəlir 11% təşkil edir, “Hədəf” üzrə - 10.75% və “Avans” üzrə - 10.5%. “Cari yığım hesabı” depozit növü üzrə gəlirlilik 10% təşkil edir. “Sərfəli”, “Hədəf” və “Avans” depozit növləri üzrə əmanətin yerləşdirilmə müddəti 3 - 36 ay təşkil edir, “Cari yığım hesabı” üzrə - müddətsiz.
“Bu gün əhali üçün sərfəli depozit təkliflər ilə milli valyutada sərbəst vəsaitlərinin yerləşdirilməsi əsas yoldur. Bu alət yüksək gəlirə və inflyasiyadan qorunmağa zəmanət verir və özünə etibarlılığı yalnız artırır. Biz bazar konyunkturasını və bank sektorundakı oyunçuları yaxından izləyirik və müştərilərimizə ən əlverişli şərtlərlə yeni depozt tariflərimizi bazara çıxardırıq. Hazırda manatla depozit məhsullarımız üzrə maksimum gəlirlik illik 11% təşkil edir”, - İdarə Heyətinin üzvü, Pərakəndə biznesin inkişafı departamentinin direktoru Yevgeni Borodin dedi.
Qeyd edək ki, əmanətlər üzrə faizlərin hesablanması hər ay və ya əmanət müddətinin sonunda həyata keçirilir. Müştərinin istəyi ilə depozit üzrə hesablanmış faizlər bank kartına və ya cari hesaba köçürülə bilər.