VTB (Azərbaycan) DIRECT rəqəmsal bankını yeniləyib. Yenilənmə nəticəsində əməliyyatların tarixçəsinə baxmaq, həmçinin ödəniş şablonları yaratmaq funksiyaları əlavə edilib.
Facebook və WhatsApp messencerləri vasitəsi ilə çat-bankdan istifadə edənlər artıq onlayn ödənişlər savayı, həm də bütün etdikləri əməliyyatları görə bilər, borcları izləyə və əlavə olaraq tarixçədən artıq edilən ödənişləri təkrarlaya biləcəklər.
DIRECT çat-bankındakı yeniliklərdən biri "Şablonlar" bölümüdür ki, onun köməyi ilə müştəri onlayn ödənişlərini şablon şəklində saxlamaq imkanı əldə edir. Bu, əməliyyatların həyata keçirilməsini daha sürətli və daha rahat edəcək, müştəri ödəniş üçün tələb olunan məlumatların daxil edilməsinə vaxt itirməyəcəkdir. Müştəri şablondakı məlumatları istədiyi kimi dəyişdirə və ya silə bilər.
Başqa bir yenilik, əməliyyatlarınızın tarixçəsinə baxa biləcəyiniz, habelə hər birini bir kliklə təkrarlaya biləcəyiniz "Ödənişlərim" bölməsidir. Yeni funksiya vaxta qənaət etməyə və DIRECT çat bankda əməliyyətları daha da asanlaşdırmağa kömək edəcək.
DIRECT çat-bank istifadəçilərinin rahatlığı üçün WhatsApp menyusu da təkmilləşdirildi. Yenilik müştərilərin ehtiyac duyduqları əməliyyatlara tez bir zamanda daxil olmasını təmin edəcək. Əvvəllər xidməti almaq üçün müştərilər nömrələr və kod sözləri göndərməli idilərsə, indi telefon ekranında göstərilən hazır cavab şablonlarından birini seçmək kifayətdir və həmin cavab avtomatik olaraq müvafiq əməliyyat üçün göndəriləcəkdir.
“Bu gün müştərilərin əksəriyyəti evdən çıxmadan və ya iş yerindən ayrılmadan bank əməliyyatları aparmağa üstünlük verir. VTB qrupunun strategiyası çərçivəsində müştərilərimizin rahatlığı üçün məsafədən xidmətlərin inkişafına böyük diqqət yetiririk. Alətlərimiz, lazımi maliyyə əməliyyatını asanlıqla və tez bir zamanda həyata keçirməyə imkan verir - kredit və ya əmanət üçün müraciət, hesabların ödənilməsi, pul köçürülmələri. Fikrimizcə, bank bazarının gələcəyi rahat rəqəmsal xidmətlərlə bağlıdır, buna görə də onları inkişaf etdirməyə və təkmilləşdirməyə davam edəcəyik”, - deyə VTB (Azərbaycan) İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icra edən Yevgeni Borodin bildirib.