“Bank VTB (Azərbaycan)” ASC 2022-ci ilin maliyyə göstəricilərini açıqlayıb.
Hesabata əsasən, 31 dekabr 2022-ci il tarixinə bankın əməliyyat gəlirləri 39.2 milyon manat, o cümlədən faiz gəlirləri – 24.9 milyon manat, qeyri-faiz gəlirləri – 14.3 milyon manat təşkil edib. 2021-ci ilə müqayisədə bankın faiz gəlirləri 40.9%, qeyri-faiz gəlirləri isə demək olar ki 2 dəfə artıb.
Bank hesabat dövrünü 11.9 milyon manat xalis mənfəətlə bitirib ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 2.8 dəfə çoxdur.
Dekabrın sonuna bankın kredit portfeli 159.7 milyon manat, o cümlədən ipoteka kreditləri üzrə portfel – 39.2 milyon manat təşkil edib. Bankın ipoteka kreditləri üzrə portfeli il ərzində 28.9% artıb.
Hesabat dövründə VTB (Azərbaycan) biznesin inkişafına 1.5 mindən çox kredit verib ki, bu göstərici 2021-ci ildəkindən 10 dəfə çoxdur. Verilmiş biznes-kreditlərin ümumi məbləği 44.3 milyon manatdan artıqdır.
Əhalinin banka əmanətləri 2022-ci il ərzində 18.4% artaraq 63.8 milyon manat təşkil edib.
2022-ci ilin sonuna bankın likvidlik əmsalı 98,6% təşkil edib ki, bu da AMB-nın minimum tələblərindən 3 dəfədən çox yüksəkdir.
Bankın məcmu kapitalı 2022-ci ildə 16.7% artaraq 80.2 milyon manata çatıb, bu da Mərkəzi Bankın minimal tələblərindən 60.4% çoxdur.