vtb-azerbaycan-rusiyaya-pul-kocurmelerini-davam-etdirir

VTB (Azərbaycan) Rusiyaya pul köçürmələrini davam etdirir

VTB (Azərbaycan) CONTACT ödəniş sistemi vasitəsilə fiziki şəxslərin Rusiyaya pul köçürmələrini davam etdirir. Rusiyaya köçürmələr bank hesabı açmadan manat və xarici valyutada göndərilə bilər.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hesab açılmadan gündə bir köçürmənin maksimal məbləği 1000 ABŞ dolları və ya digər valyutalarda ekvivalentdir.

Kampaniya çərçivəsində martın 31-dək VTB (Azərbaycan)-ın bütün müştəriləri üçün Azərbaycandan Rusiyaya pul köçürməsinə görə komissiya 0,8% təşkil edəcək.

Siz VTB (Azərbaycan)-ın istənilən filialında CONTACT sistemindən istifadə edərək köçürmə edə bilərsiniz. Rusiya Federasiyasına manat və ya ABŞ dolları ilə ödəniş göndərildikdə, alıcı vəsaiti rublla alacaq. Vəsaiti Rusiyada CONTACT sisteminin tərəfdaş banklarından əldə etmək mümkündür.

Rusiyadan olan müştərilər CONTACT-ı dəstəkləyən istənilən Rusiya bankından Azərbaycana pul köçürmələri də göndərə bilərlər. Pul köçürməsi rublla mümkündür, pulu alan şəxs isə Azərbaycan manatı ilə köçürməni alacaq.

Məlumat üçün:

CONTACT Rusiyada ilk pul köçürmələri və ödəniş sistemidir. 1999-cu ildə ASCB RUSSLAVBANK (QSC) tərəfindən yaradılmışdır. Bütün dünya üzrə pul köçürməyə və ödənişlər etməyə imkan verir. 3 avqust 2012-ci il tarixində CONTACT ödəniş sistemi Rusiya Bankının ödəniş sistemi operatorlarının reyestrində 0001 nömrəsi ilə qeydiyyata alınmışdır. 2013-cü ilin aprelində Rusiya Bankı CONTACT Ödəniş Sisteminə sosial əhəmiyyətli statusu vermişdir.