vtb-azerbaycan-v1-challenge-baki-kubokunun-bas-sponsoru-olub

VTB (Azərbaycan) V1 Challenge Bakı kubokunun baş sponsoru olub

VTB (Azərbaycan) V1 Challenge seriyasından Bakı Kubokunun baş sponsoru kimi çıxış edib. Yarışlar ilk dəfə respublikanın paytaxtında Dövlət Bayrağı Meydanında keçirilib. Təşkilatçılar Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası olub.

Yarış proqramına 12 sürücünün iştirak etdiyi Volkicar yarışı və drift-şou daxil idi. Qalibləri azərbaycanlı və xarici ekspertlərin, eləcə də tanınmış dünya driftçiləri - Nayl Qann və Riçard Martinin təmsil etdiyi münsiflər heyəti müəyyən edib.

“Bankımız Azərbaycanda müxtəlif idman növlərinin inkişafına fəal töhfə verir. Futbol və basketbol kimi ənənəvi idman növləri ilə yanaşı, biz ölkə üçün yeni idman növləri - cığırla qaçış, səmti müəyyən etmə və avtomobil yarışlarını fəal şəkildə dəstəkləyirik. “Volkicar” avtomobilləri ilə keçirilən yarış ilk dəfə respublikanın paytaxtında keçirilib və xeyli sayda tamaşaçı toplaya bilib. Ümid edirik ki, yeni tədbir turistlərin qonaqpərvər Bakıya səfər etməsi üçün daha bir səbəb olacaq”, - deyə VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri İqor Okaev şərh edib.

VTB (Azərbaycan) ölkədə müxtəlif səviyyələrdə idman layihələrini fəal şəkildə dəstəkləyir. Bu il bank Milli Basketbol Federasiyası ilə bir illik müqavilə imzalayaraq Azərbaycan Basketbol Liqasının rəsmi sponsoru olub. Keçən il bank “Qızıl payız” və “Qaçan flaminqo” cığır qaçışı üzrə yarışları, səmti müəyyən etmə turnirini və dağ idman klubunun açıq çempionatını maliyyələşdirib, bu il isə həvəskarlar arasında növbəti yarışın keçirilməsində Milli Atletika Federasiyasına dəstək verib və " Qalaalti Trail" cığır qaçışı üzrə yarışın rəsmi tərəfdaşı kimi çıxış edib.

Məlumat üçün:

Volkicar 115 at gücündə mühərrikə malik türk yarış avtomobilidir. 100 km/saat sürətə 5 saniyəyə çata bilir. Volkicar avtomobilləri yığcamdır və dar şəhər küçələri ilə hərəkət edə bilir, buna görə də çempionat tamaşaçıya daha yaxın – şəhər daxilində keçirilə bilər.