"VTB Bank (Azerbaijan)” ASC 2021-ci il ərzində aktivlərini 24% - 232 milyon 327 min manata qədər artırıb.
Məlumata görə, hesabat dövründə bankın kredit portfeli 31,2% - 165,086 milyon manatadək artıb. Bankın istehlak kreditləri üzrə portfeli 56,133 milyon manat (iki dəfə artım), biznes kreditləri üzrə portfeli – 78,571 milyon manat (4,6% azalma) təşkil edib.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 163 milyon 602 min manat (32,6% artım), depozit portfeli 88,78 milyon manat (17,9% artım), o cümlədən fiziki şəxslərin əmanətləri 53,873 milyon manat təşkil edir (37,5% artım).
2022-ci ilin əvvəlinə bankın kapitalı 68 milyon 725 min manat (artım 7,5%), nizamnamə kapitalı 315,815 milyon manat (dəyişməyib) təşkil edib.
Ötən il ərzində fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 4 milyon 213 min manat təşkil edib (artım 9,1%).
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99,99%-i “Bank VTB” PSC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur.